• Bakı 23° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

İngiltərə millisi oğurlanan əşyaların bir qismini tapa bilib

İDMAN

13 Iyun 2026 | 20:55

İngiltərə millisi oğurlanan əşyaların bir qismini tapa bilib

Futbol üzrə İngiltərə millisinin nümayəndələri ABŞ-nin Missuri ştatının Kanzas-Siti şəhərində komandanın ilk məşqindən əvvəl oğurlanan əşyaların bir hissəsini tapıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Athletic" portalı məlumat yayıb.

Xatırladaq ki, komandanın ilk məşqindən əvvəl mikroavtobusdan futbolçuların butsları, həmçinin turnirin rəsmi topları və vacib məşq avadanlıqları oğurlanıb.

Məlumata görə, oğurlanan əşyaların bir hissəsi, əsasən də butslar tapılıb.

Qeyd edək ki, İngiltərə millisi dünya çempionatında ilk oyununu iyunun 17-də Xorvatiya yığmasına qarşı keçirəcək. Daha sonra Tomas Tuxelin rəhbərlik etdiyi komanda iyunun 23-də Qana, iyunun 28-də isə Panama millisi ilə qarşılaşacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Iyun 2026