• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bu hallarda dövlət qulluğuna test imtahanının nəticəsi ləğv ediləcək

CƏMİYYƏT

15 May 2026 | 18:50 | Müəllif: Subhan Mahmudov

Bu hallarda dövlət qulluğuna test imtahanının nəticəsi ləğv ediləcək

Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması qaydasında dəyişikliklər edilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, namizəd tərəfindən bilərəkdən və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlərin və ya məlumatların təqdim edilməsi müəyyən edildikdə namizədin test imtahanında əldə etdiyi nəticələr etibarsız hesab ediləcək.

Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikatın ləğv olunması barədə müvafiq qərar qəbul ediləcək və 3 iş günü ərzində nəticələrinin etibarsız hesab edilməsinin səbəbləri izah olunan məlumat namizədə elektron qaydada təqdim olunacaq.

Bu qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə biləcək


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026