• Bakı 25° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Bu addım 3 təhlükəli xəstəlikdən insanı qoruyur

CƏMİYYƏT

14 Iyun 2026 | 14:18

Bu addım 3 təhlükəli xəstəlikdən insanı qoruyur

GDT peyvəndi uşaqların sağlamlığının qorunmasında mühüm rol oynayır.

Bakıvaxtı.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, bu peyvənd göyöskürək, tetanus və difteriya kimi ağır fəsadlara və hətta ölümə səbəb ola bilən xəstəliklərə qarşı effektiv müdafiə vasitəsi hesab olunur.

Mütəxəssislərin sözlərinə görə, göyöskürək tənəffüs yollarının təhlükəli yoluxucu xəstəliyidir və əsas əlaməti tutmaşəkilli, spazmodik öskürəkdir. Xüsusilə 2 yaşdan kiçik uşaqlar üçün böyük risk daşıyan xəstəlik hava-damcı yolu ilə yayılır. Göyöskürək pnevmoniya, qıcolma, tənəffüs dayanması, yırtıqlar və digər ağırlaşmalara səbəb ola bilər. Xəstəlikdən qorunmağın ən effektiv yolu vaxtında peyvənd olunmaqdır. 

Tetanus isə bakteriyaların ifraz etdiyi toksinlərin təsiri nəticəsində yaranan, ağrılı əzələ spazmları ilə müşayiət olunan və ölüm riski daşıyan xəstəlikdir. İnfeksiya adətən torpaq, toz və ya peyinlə çirklənmiş yaralar vasitəsilə orqanizmə daxil olur. Xəstəlik qırtlaq spazmı, pnevmoniya, nəfəsalma çətinliyi, sümük sınıqları və digər ciddi fəsadlara səbəb ola bilər.

Difteriya həyat üçün təhlükəli kəskin infeksion xəstəliklərdən biridir. Xəstəlik burun tutulması, udqunma zamanı ağrı və ümumi halsızlıqla özünü göstərir. Bakteriyanın ifraz etdiyi toksinlər ürək-damar və sinir sisteminə ciddi zərər vurur. Ağır hallarda yüksək hərarət, güclü baş ağrısı, yuxululuq və səs dəyişiklikləri müşahidə edilir.

Həkimlər vurğulayırlar ki, göyöskürək, tetanus və difteriyadan qorunmağın, həmçinin bu xəstəliklərin yaratdığı ağırlaşmaların qarşısını almağın ən etibarlı yolu peyvənd təqviminə uyğun olaraq GDT peyvəndinin vaxtında vurulmasıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyun 2026