• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakı-Sumqayıt yolunda ağır qəza - Ölən var - Video

CƏMİYYƏT

15 May 2026 | 16:58 | Müəllif: Əli Hüseynov

Bakı-Sumqayıt yolunda ağır qəza - Ölən var - Video

Xırdalanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə mayın 14-ü günorta saatlarında Bakı-Sumqayıt yolunun Xırdalandan keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Chery” markalı avtomobil avtokarla toqquşub.

Şahidlərin sözlərinə görə, avtokar ərazidə nasaz vəziyyətdə qalmış nəqliyyat vasitəsinin yoldan çıxarılması məqsədilə hadisə yerinə cəlb olunub. Lakin həmin vaxt baş verən toqquşma nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib, avtokarın sürücüsü ağır bədən xəsarətləri alıb.

Yaralı şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026