• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

SAT imtahanı ilə bağlı xəbərdarlıq - "Saxtakarlıq halları var"

CƏMİYYƏT

15 May 2026 | 18:44 | Müəllif: Subhan Mahmudov

SAT imtahanı ilə bağlı xəbərdarlıq - "Saxtakarlıq halları var"

"SAT imtahanında çoxlu saxtakarlıq hallarına rast gəlinir".

Bakıvaxtı.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib.

"Məsələn, SAT imtahanında - hansı ki ingilis dilindədir və orada riyaziyyatdan maksimum 800 bal toplamaq olar, oxu və yazı ilə birlikdə ümumi bal 1600-dür, ancaq 1500-dən yuxarı nəticə göstərən şəxs bizim buraxılış imtahanında təxminən 20-30 bal nəticə göstərir. Bu isə mümkün deyil. Çünki SAT-də olan riyaziyyat daha mürəkkəbdir və bu nəticə fərqi normal görünmür. Ona görə də biz SAT imtahanları ilə bağlı müvafiq beynəlxalq təşkilatlara ciddi narazılığımızı bildirmişdik. Azərbaycanda yalnız bir universitet SAT imtahanı nəticəsi ilə tələbə qəbul edir. Onlar da artıq bu ildən şərt qoyublar ki, SAT-dan müəyyən balla yanaşı, bizim buraxılış imtahanında riyaziyyatdan ən azı 40 bal toplamalıdırlar. Məncə bu daha yaxşı qərardır və doğrudan da SAT-ı özü verənlər layiq olduqları yerləri tutacaqlar. Çünki təəssüf ki, əvvəlki illərdə gördük ki, hardasa kimlərsə kimlərin yerinə imtahanda iştirak edib, ya da müxtəlif yollarla nəticə əldə ediblər", - DİM sədri bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026