q
  • Bakı 17° C

    12.67 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.2989

"Qalatasaray" ilk transferini etməyə hazırlaşır

İDMAN

15 May 2026 | 23:40

Qalatasaray ilk transferini etməyə hazırlaşır

"Qalatasaray" yay "transfer pəncərəsi"ndə ilk keçidini etməyə hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, "sarı-qırmızılar" Bernardo Silvanın meneceri Xorxe Mendeşlə danışıqlara başlayıb.

Portuqaliyalı futbolçuya 3 il ərzində ümumilikdə 50 milyon avro qazana biləcəyi bir müqavilə təklif edilib.

Bu barədə "El Periodico" portalı məlumat yayıb.

Silva 9 mövsüm çıxış etdiyi "Mançester Siti"dən mövsümün sonunda ayrılacaq. 

O, yeni klubunu Dünya Kubokundan əvvəl açıqlayacaq. (Offsideplus.az)


SON XƏBƏRLƏR

15 May 2026