“Şaxtyor”un (Donetsk) baş məşqçisi Arda Turan Ukrayna Premyer Liqasında mövsümün ən yaxşı məşqçisi elan edilib.
Bakıvaxtı.az fanat.az-a istinadən xəbər verir ki, məlumatı sözügedən ölkənin mətbuatı yayıb.
Klublar arasında keçirilən ənənəvi sorğuda türk mütəxəssis 1-ci, LNZ-nin çalışdırıcısı Vitali Ponomaryov 2-ci, “Polessya”nın baş məşqçisi Ruslan Rotan 3-cü olub.
Turan geridə qalan mövsümdə “Şaxtyor”u Ukrayna çempionluğuna daşıyıb. “Mədənçilər” onun rəhbərliyi altında UEFA Konfrans Liqasının yarımfinalına qədər də irəliləyib.
Bakı 



