q
  • Bakı 18° C

    12.37 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.318

Bu yol yenə bağlandı - SƏBƏB

CƏMİYYƏT

16 May 2026 | 09:44

Bu yol yenə bağlandı - SƏBƏB

Lahıc–Burovdal avtomobil yolunun 17 və 17,2-ci kilometrlik hissələrində qaya parçalarının qoparaq magistrala düşməsi nəticəsində hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Hadisə səbəbindən Lahıc qəsəbəsi də daxil olmaqla, ətraf kəndlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Bakıvaxtı.az-a verilən məlumata görə, hadisədən dərhal sonra əraziyə agentliyin əməkdaşları və xüsusi texnikalar cəlb olunub.

Gecə boyu yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi işləri aparılıb və hazırda da davam etdirilir.

Uçqun baş verən ərazilərdən birində təmizləmə işləri artıq yekunlaşıb, digər hissədə isə işlərin yaxın saatlarda başa çatdırılması planlaşdırılır.


SON XƏBƏRLƏR

15 May 2026