Astroloqların proqnozlarına görə, yaxın günlərdə bəzi bürclərin həyatında mühüm dönüş nöqtələri yaşana bilər. Ulduzların düzülüşü xüsusilə karyera, maliyyə, şəxsi münasibətlər və yaşayış şəraiti ilə bağlı ciddi dəyişikliklərə işarə edir.
Bakıvaxtı.az metbuat.az-a istinadla xəbər verir ki, )
Bəzi bürclər uzun müddətdir gözlədikləri imkanlarla qarşılaşacaq, digərləri isə həyatlarını yeni istiqamətə yönəldəcək qərarlar verməli olacaqlar.
Qoç bürcü üçün yenilənmə dövrü başlayır. İş həyatında gözlənilməz təkliflər və yeni layihələr gündəmə gələ bilər. Uzun müddətdir planlaşdırılan dəyişikliklərin həyata keçirilməsi üçün əlverişli şərait yaranacaq. Maddi vəziyyətdə də müsbət irəliləyişlər gözlənilir.
Buğalar üçün şəxsi münasibətlər ön plana çıxacaq. Ailə daxilində vacib qərarlar qəbul edilə bilər. Bəzi Buğalar yaşayış yerini dəyişmək və ya yeni əmlak əldə etmək barədə düşünəcəklər. Həmçinin köhnə problemlərin həlli üçün uyğun zaman hesab olunur.
Əkizlər bürcünü sürpriz xəbərlər gözləyir. Yeni tanışlıqlar və əməkdaşlıqlar onların həyatında mühüm rol oynaya bilər. Astroloqlar bu bürc nümayəndələrinin qarşılarına çıxan imkanları diqqətlə dəyərləndirmələrini tövsiyə edirlər.
Şirlər üçün karyera sahəsində yüksəliş dövrü başlayır. Rəhbərlik tərəfindən veriləcək təkliflər və ya yeni iş imkanları gələcək planların dəyişməsinə səbəb ola bilər. Maliyyə məsələlərində də uğurlu nəticələr əldə etmək mümkündür.
Əqrəblərin həyatında köklü dəyişikliklər gözlənilir. Bu dəyişikliklər həm şəxsi, həm də peşəkar sahələri əhatə edə bilər. Uzun müddətdir davam edən qeyri-müəyyənliklərin aradan qalxacağı və yeni başlanğıclar üçün qapıların açılacağı bildirilir.
Dolçalar üçün yaradıcılıq və şəxsi inkişaf dövrü başlayır. Yeni layihələr, təhsil imkanları və fərqli fəaliyyət sahələri onların diqqətini çəkəcək. Bəzi Dolçalar həyat tərzlərini dəyişərək yeni məqsədlər müəyyənləşdirəcəklər.
Bakı 



