• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Prezident təməlqoyma mərasimində - FOTO

SİYASƏT

15 May 2026 | 15:53 | Müəllif: Əli Hüseynov

Prezident təməlqoyma mərasimində - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən digər prezidentlər mayın 15-də Türk Sivilizasiyası Mərkəzinin onlayn təməlqoyma mərasimində iştirak ediblər.

Bakıvaxtı.az Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, dövlət başçılarına Mərkəz barədə məlumat verilib.

Bildirilib ki, layihə türk xalqlarının zəngin tarixi, mədəni və mənəvi irsinin qorunub saxlanmasına, öyrənilməsinə və təbliğinə yönəlib. Ən qabaqcıl standartlara uyğun inşa ediləcək mərkəzin əsas ideyası türk sivilizasiyasının dünya tarixində özünəməxsus yeri, dərin fəlsəfəsi və dövlətçilik ənənələri olan böyük sivilizasiya olduğunu nümayiş etməkdir.

Sonra "GovTech" rəqəmsal həllərin təqdimatı olub. Qazaxıstanda süni intellektin inkişafı ilə bağlı həyata keçirilən layihələr barədə qonaqlara məlumat verildi. Eyni zamanda qeyd edildi ki, türk dövlətləri arasında, həmçinin bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var.


Prezident təməlqoyma mərasimində - FOTOPrezident təməlqoyma mərasimində - FOTOPrezident təməlqoyma mərasimində - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026