• Bakı 25° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

İran–ABŞ memorandumunun əsas detalları açıqlandı

SİYASƏT

14 Iyun 2026 | 14:57

İran–ABŞ memorandumunun əsas detalları açıqlandı

İran parlamentinin sədri və danışıqlar qrupunun rəhbəri Məhəmməd Baqer Qalibafın müşaviri Mehdi Məhəmmədi Tehran və Vaşinqton arasında müzakirə olunan memorandumun əsas müddəələrini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, onun sözlərinə görə, sənəd bir neçə əsas istiqaməti əhatə edir:

Hərbi əməliyyatların dayandırılması və qarşılıqlı təhlükəsizlik zəmanətlərinin təmin edilməsi;

İranın bəzi xarici aktivlərinin blokdan çıxarılması və müəyyən sanksiyaların yumşaldılması;

Dəniz ticarətinə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması və gəmiçiliyin normallaşdırılması;

Nüvə proqramı ilə bağlı məsələlərin danışıqların növbəti mərhələsində müzakirə olunması;

Gələcək mərhələlərdə sanksiyaların tam ləğvi və mümkün kompensasiya mexanizmlərinin nəzərdən keçirilməsi. (Iran24)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyun 2026