• Bakı 25° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Özbəkistan və Misir arasında əməkdaşlıq gücləndiriləcək

SİYASƏT

14 Iyun 2026 | 15:11

Özbəkistan və Misir arasında əməkdaşlıq gücləndiriləcək

Özbəkistan və Misir arasında diplomatik əməkdaşlığın genişləndirilməsinə dair bir sıra sənədlər imzalanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, tərəflər arasında keçirilən danışıqların yekununda ikitərəfli əməkdaşlığın inkişafına xidmət edən sənədlərin imzalanması mərasimi baş tutub.

İmzalanan sənədlər arasında iki ölkənin xarici işlər nazirlikləri arasında 2026–2028-ci illəri əhatə edən əməkdaşlıq proqramı da yer alıb.

Qeyd olunub ki, əldə olunan razılaşmalar Özbəkistan-Misir münasibətlərinin daha da möhkəmlənməsinə, qarşılıqlı əlaqələrin genişlənməsinə və əməkdaşlığın yeni məzmunla zənginləşdirilməsinə imkan yaradacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyun 2026