• Bakı 26° C

    4.13 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

İran Rusiya və Çinlə ABŞ ilə gözlənilən sülh sazişini müzakirə etdi

SİYASƏT

14 Iyun 2026 | 12:21

İran Rusiya və Çinlə ABŞ ilə gözlənilən sülh sazişini müzakirə etdi

İran, Rusiya və Çin səfirləri Tehranda keçirilən görüşdə Vaşinqtonla imzalanması planlaşdırılan anlaşma memorandumunu müzakirə ediblər.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi məlumat verib.

Nazir müavininin sözlərinə görə, üç ölkənin diplomatik nümayəndələri ABŞ və İran arasında əldə olunacaq sülh və qarşılıqlı anlaşma razılaşmasının detallarını, eləcə də regiondakı strateji təsirlərini ətraflı şəkildə nəzərdən keçiriblər.

Qeyd olunub ki, Tehran bu mərhələdə özünün əsas müttəfiqləri olan Moskva və Pekinlə sıx məsləhətləşmələr aparmağa və ortaq maraqları qorumağa xüsusi önəm verir.

Xatırladaq ki, bundan əvvəl ABŞ və İran arasında əldə olunan yeni diplomatik yaxınlaşma İsrail tərəfindən kəskin etirazla qarşılanmış və Tel-Əviv bu sazişi "xəyanət" adlandırmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyun 2026