• Bakı 23° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Flora Kərimovanın müalicəsi Mehriban Əliyevanın nəzarətinə götürüldü

SİYASƏT

13 Iyun 2026 | 20:40

Flora Kərimovanın müalicəsi Mehriban Əliyevanın nəzarətinə götürüldü

Azərbaycanın Xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.

Eyni zamanda, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da xalq artistinə baş çəkib. O, həkimlərlə görüşərək müalicə prosesinin gedişi barədə ətraflı məlumat alıb.

Sənətkarın yaxınlarının verdiyi məlumata əsasən, Flora Kərimovanın vəziyyəti hazırda həkim nəzarəti altında stabildir və sağlamlığının bərpası istiqamətində bütün zəruri tibbi tədbirlər görülür.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Iyun 2026