• Bakı 25° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Rus generaldan Azərbaycanla bağlı təhlükəli XƏBƏRDARLIQ

SİYASƏT

14 Iyun 2026 | 15:32

Rus generaldan Azərbaycanla bağlı təhlükəli XƏBƏRDARLIQ

Rusiya Quru Qoşunlarının keçmiş baş komandan müavini, istefada olan general-leytenant Yevgeni Bujinski Cənubi Qafqazda yeni qarşıdurma mərhələsinin yarana biləcəyi barədə xəbərdarlıq edib.

Bakıvaxtı.az Yeni Sabah-a istinadla , general hesab edir ki, İran və İsrail arasında gərginliyin daha da artması regionun nəqliyyat və enerji marşrutlarına, o cümlədən Azərbaycandan keçən tranzit xətlərinə ciddi təsir göstərə bilər.

Bujinski Ordomundi.ru-ya bildirib ki, Cənubi Qafqazın infrastruktur təhlükəsizliyi birbaşa Yaxın Şərqdəki vəziyyətdən asılıdır. 

Onun sözlərinə görə, Tehran və Qüds arasında qarşıdurma kəskinləşərsə, regionu xarici bazarlarla birləşdirən əsas logistika və enerji dəhlizləri risk altına düşə bilər:

“Əgər Tehran və Qüds arasında gərginlik artarsa, regionun əsas logistika və enerji arteriyaları zərbə altında qala bilər. Bu isə Cənubi Qafqazın xarici bazarlara çıxışını çətinləşdirəcək”.

General əlavə edib ki, Azərbaycandan keçən tranzit marşrutları da bu baxımdan həssasdır və regional logistikanın qlobal geosiyasi böhranlara qarşı dayanıqlılığı hələ tam formalaşmayıb.

Ekspertin fikrincə, İran ətrafında artan gərginlik fonunda Cənubi Qafqazla bağlı risklər barədə proqnozlar daha çox gündəmə gəlir.

“Bu qiymətləndirmələr hələlik proqnoz xarakteri daşıyır, lakin regionun təhlükəsizliyinin təkcə qonşu ölkələrlə deyil, uzaq geosiyasi proseslərlə də sıx bağlı olduğunu göstərir”, – Bujinski vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyun 2026