16 may bəzi bürclər üçün taleyüklü qərarlar, bəziləri üçün isə gözlənilməz qarşılaşmalar və emosional dəyişikliklər vəd edir. Planetlərin düzülüşü xüsusilə sevgi münasibətləri, maliyyə və şəxsi həyatla bağlı mühüm siqnallar göndərir. Astroloqlar xəbərdarlıq edir ki, bu gün deyilən sözlər və verilən qərarlar uzun müddət təsir göstərə bilər.
Bakıvaxtı.az qoroskopu təqdim edir.
Qoç
Enerjiniz yüksək olsa da, emosiyalarınızı idarə etməkdə çətinlik çəkə bilərsiniz. İş yerində qəfil yaranacaq bir gərginlik sizi seçim qarşısında qoya bilər. Maddi mövzuda isə gözlənilməz bir xəbər alma ehtimalınız var. Axşam saatlarında yaxın bir insanla səmimi söhbət münasibətləri dəyişə bilər.
Buğa
Uzun müddətdir düşündüyünüz bir məsələ ilə bağlı qərar vermək vaxtıdır. Sevgi həyatınızda gizli qalan hisslər üzə çıxa bilər. Bəzi Buğalar keçmişdən gələn bir mesajla çaşqınlıq yaşayacaq. Maliyyə sahəsində diqqətli olmaq tövsiyə olunur.
Əkizlər
Sizin üçün sürətli və qarışıq bir gün olacaq. Telefon zəngləri, görüşlər və ani xəbərlər gününüzü tamamilə dəyişə bilər. Yeni tanışlıq ehtimalı yüksəkdir. Axşam saatlarında emosional qərarlar verməməyə çalışın.
Xərçəng
Daxili narahatlıq sizi yoracaq. Son günlər yığılan stress münasibətlərə də təsir edə bilər. Ailə daxilində mühüm bir söhbət baş tuta bilər. Maddi məsələlərdə isə ehtiyatlı addımlar atmaq lazımdır. Günün sonunda rahatladıcı xəbər almağınız mümkündür.
Şir
Diqqət mərkəzində olacağınız bir gündür. Ətrafınızdakı insanlar sizin qərarlarınızı müzakirə edə bilər. Sevgi həyatında ehtiras yüksəlir. Bəzi Şirlər gizli rəğbətlə qarşılaşacaq. İş həyatında isə yeni imkan qapısı açıla bilər.
Qız
Planlarınız gözlədiyiniz kimi getməyə bilər. Xüsusilə sənəd və maliyyə məsələlərində diqqətli olmaq lazımdır. Gün ərzində alacağınız bir xəbər sizi həm sevindirə, həm də düşündürə bilər. Yaxın dost çevrəsində gərginlik yaranma ehtimalı var.
Tərəzi
Sevgi münasibətlərində qərarsızlıq ön plana çıxacaq. Qarşınızdakı insanın davranışları sizi şübhəyə sala bilər. İş həyatında isə gözlənilməz təklif almağınız mümkündür. Günün ikinci yarısı daha uğurlu görünür.
Əqrəb
Bu gün hissləriniz çox güclü olacaq. İntuisiyanız sizi yanıldmayacaq. Gizli qalan bir məsələ üzə çıxa bilər. Maddi baxımdan riskli qərarlardan uzaq durmaq tövsiyə edilir. Axşam saatlarında romantik sürpriz mümkündür.
Oxatan
Səfər, yeni plan və dəyişiklik enerjisi sizi əhatə edir. Uzun müddətdir gözlədiyiniz bir xəbər nəhayət gələ bilər. Sevgidə isə gözlənilməz dönüş yaşana bilər. Bəzi Oxatanlar köhnə münasibətə yenidən şans verməyi düşünəcək.
Oğlaq
Məsuliyyətləriniz artsa da, bu gün güclü görünəcəksiniz. İşlə bağlı vacib görüş və ya qərar gündəmə gələ bilər. Maddi vəziyyətlə bağlı müsbət xəbər alma ehtimalı var. Ailə içində isə anlayışlı davranmaq vacibdir.
Dolça
Yenilik və dəyişiklik arzunuz artır. Sosial mühitdə diqqət çəkəcəksiniz. Gözlənilməz tanışlıq gələcək planlarınıza təsir edə bilər. Maddi məsələlərdə isə risk etməmək məsləhətdir. Axşam saatlarında sürpriz xəbər mümkündür.
Balıq
Emosional dalğalanmalar gününüzə təsir edə bilər. Keçmişlə bağlı düşüncələr sizi narahat etsə də, yeni başlanğıclar üçün şans yaranır. Sevgi həyatında romantik anlar yaşana bilər. Maddi mövzuda isə səbirli olmaq lazımdır.
Astroloqlar bildirir ki, 16 may xüsusilə münasibətlər və maliyyə baxımından dönüş nöqtəsi ola bilər. Gün ərzində tələskən qərarlar verməmək və emosiyalara qapılmamaq tövsiyə olunur.
Aynur
Bakı 




