• Bakı 16° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

“Telefonunuzu verməsəniz, silah çıxaracaqlar” - VİDEO

SİYASƏT

15 May 2026 | 16:23 | Müəllif: Əli Hüseynov

“Telefonunuzu verməsəniz, silah çıxaracaqlar” - VİDEO

Rusiyanın xarici işlər naziri Sergey Lavrov brifinq zamanı ona mane olan jurnalistin zaldan çıxarılmasını istəyib.

Bakıvaxtı.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Hindistanda səfərdə olan Lavrovun Nyu-Dehlidə baş tutan mətbuat konfransı zamanı baş verib.

Belə ki, jurnalistin telefonundakı tərcümə proqramı xarici işlər nazirinin çıxışına mane olub. Lavrov əvvəlcə jurnalistdən zalı tərk etməsini xahiş edib, sonra isə mühafizə xidmətindən onun zaldan çıxarılmasını istəyib. 

Jurnalist telefonunu təhvil vermək istəmədikdə isə Lavrov onu zarafatla hədələyib.

“Əgər telefonunuzu verməsəniz, onlar silah çıxaracaqlar”, - Lavrov mühafizə xidməti əməkdaşlarına işarə edərək bildirib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026