• Bakı 25° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

İranda böyük əməliyyatı: 120-dən çox şəxs TUTULDU

SİYASƏT

14 Iyun 2026 | 16:11

İranda böyük əməliyyatı: 120-dən çox şəxs TUTULDU

Bu gün İranın ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyi ölkənin müxtəlif bölgələrində həyata keçirilən genişmiqyaslı təhlükəsizlik əməliyyatları nəticəsində bir neçə qrupun zərərsizləşdirildiyini və ümumilikdə 120-dən çox şəxsin saxlanıldığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, əməliyyatlar zamanı terror fəaliyyəti ilə əlaqəli olduğu iddia edilən qruplar dağıdılıb, “xarici casusların kiber fəaliyyəti”nin qarşısı alınıb.

İran rəsmiləri saxlanılan şəxslərin ABŞ və İsrail kəşfiyyat xidmətlərinin koordinasiyası altında fəaliyyət göstərdiyini iddia edirlər.

Eyni zamanda, Tehranda təhlükəsizlik qüvvələrinin birgə əməliyyatı nəticəsində “küçə etirazlarının qruplaşması” adlandırılan qrupun 126 üzvünün saxlanıldığı açıqlanıb. 

Sistan və Bəluçistanda keçirilən ayrıca əməliyyat zamanı isə dörd silahlı şəxsin saxlanıldığı, onlardan silah və sursat götürüldüyü bildirilib. (Tasnim News)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyun 2026