q
  • Bakı 18° C

    3.08 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.2989

Ailəsi üçün öz xəyallarından əl çəkən 3 BÜRC

CƏMİYYƏT

15 May 2026 | 19:30

Ailəsi üçün öz xəyallarından əl çəkən 3 BÜRC

Bəzi bürclər üçün ailə sadəcə bir bağ deyil, həyatın mərkəzidir. Xərçəng, Qız və Balıq bürcləri sevdiklərinin xoşbəxtliyi üçün öz hədəflərini və illərlə qurduğu xəyalları səssizcə arxa plana ata bilirlər. Onlar kənardan güclü və fədakar görünsələr də, daxillərində yarım qalmış arzuların yükünü daşıyırlar.

Bakıvaxtı.az ailəsi üçün ən çox fədakarlıq edən həmin bürcləri təqdim edir:

Xərçəng: Səssizcə öz həyatını təxirə salanlar

Xərçənglər üçün ailə ən önəmli güvən sahəsidir. Onlar çox vaxt fərqinə varmadan ailənin ehtiyaclarını öz xəyallarından üstün tuturlar.

Başqa şəhərdə yaşamaq və ya karyera qurmaq imkanı olsa belə, əgər ailəsi onsuz çətinlik çəkəcəksə, Xərçəng dərhal geri addım atır.

"Hər kəs xoşbəxt olsun, mən dözərəm" düşüncəsi zamanla emosional yorğunluq və "özüm üçün nə etdim?" sualının yaratdığı kədərə səbəb olur.

Qız Bürcü: Hər kəsin yükünü çiyinlərinə götürən gizli qəhrəman

Məsuliyyət hissi Qız bürcünün təbiətindədir. Onlar heç kim demədən ailədəki əskikləri fark edir və həll etməyə çalışırlar.

Öz hobbilərinə və ya şəxsi inkişafına ayıracağı vaxtı qardaş-bacısının təhsilinə, valideynlərinin qayğısına və ya ev nizamına sərf edir.

Mükəmməllikçilik və hər şeyi nəzarətdə saxlamaq istəyi onları daxilən tükəndirə bilər. Onlar yardım istəməkdə çətinlik çəkir və hər şeyi təkbaşına həll etməyə çalışarkən öz xəyallarından uzaqlaşırlar.

Balıq: Sevdikləri xoşbəxt olsun deyə özündən keçənlər

Balıqlar astroloji xəritənin ən empatik və fədakar bürcüdür. Onlar "yox" deməkdə çətinlik çəkdikləri üçün ailənin emosional yükünü təkbaşına daşıyırlar.

Ailəsinin üzülməsinə dözə bilmədikləri üçün öz azad yaşamaq istəyindən və ya maddi planlarından asanlıqla imtina edirlər.

Onların fədakarlığı çox vaxt səssiz olur və ətrafdakılar tərəfindən fərq edilmir. Bu isə Balıqlarda zamanla anlaşılmamaq və dəyərsizlik hissi yarada bilər.

Bu üç bürcün ortaq xüsusiyyəti sevgini fədakarlıqla eyniləşdirmələridir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, fədakarlıq aşağıdakı hallarda zərərli ola bilər:

Daimi daxili bədbəxtlik hissi yaşandıqda;

Qərar verərkən yalnız günahkarlıq hissi ilə hərəkət etdikdə;

Öz ehtiyaclarını tamamilə yox saydıqda.

Özün üçün yaşamaq sevdiklərini daha az sevmək demək deyil. Xərçəng, Qız və Balıq bürcləri yadda saxlamalıdırlar ki, insanın öz xəyallarına sahib çıxması ən az ailəsinə dəstək olması qədər dəyərlidir./Milli.az


SON XƏBƏRLƏR