• Bakı 10° C

    0.91 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Samir Şərifov Səudiyyə Ərəbistanı nümayəndə heyəti ilə görüşüb

SİYASƏT

16 May 2026 | 13:51 | Müəllif: Zeynəb Rzayeva

Samir Şərifov Səudiyyə Ərəbistanı nümayəndə heyəti ilə görüşüb

Bu gün Baş nazirin müavini, Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı Birgə hökumətlərarası Komissiyanın həmsədri Samir Şərifov Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasında Səudiyyə iştirak üçün Bakıya gəlmiş nümayəndə heyətinin rəhbəri, Bələdiyyələr və mənzil naziri Məcid bin Abdullah əl-Hogaili ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, görüş zamanı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsindən və Səudiyyə Ərəbistanının Forumda iştirakından məmnunluq ifadə olunub.

    Bildirilib ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyətinin qənaətbəxş olduğu qeyd edilib. Müasir şəhərsalmaya dair məsələlər və Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadi münasibətlərin perspektivinə dair fikir mübadiləsi aparılıb.


    Samir Şərifov Səudiyyə Ərəbistanı nümayəndə heyəti ilə görüşüb
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR