• Bakı 23° C

    11.84 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Milli birliyin və siyasi sabitliyin banisi

SİYASƏT

15 Iyun 2026 | 10:09

Milli birliyin və siyasi sabitliyin banisi

"Ulu öndər Heydər Əliyev ilk növbədə Azərbaycanın itirilmiş dövlətçiliyini bərpa etdi".

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Elman Nəsirov deyib. 

Onun sözlərinə görə, Ümummilli Lider ölkəni xaos vəziyyətindən çıxarıb: 

"Ulu öndər ölkədə vətəndaş müharibəsinin qarşısını aldı, milli barışığa nail oldu. Bütün sahələrdə dinamik inkişaf tendensiyasının əsası qoyuldu. Azərbaycanda siyasi sabitlik və inkişaf dövrü başlandı. Azərbaycan xalqı dövlətçilik qarşısında müstəsna və misilsiz xidmətlərinə görə zamanın dühası Heydər Əliyevə görə əbədi olaraq minnətdardır".

Dediyinə görə, təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi coşqun yüksəliş illəri milli intibah dövrüdür: 

"Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi hər iki dövr, yəni 1969-82-ci illər, həm də 1993-2003-cü illər bir-birindən zaman və ictimai-siyasi proseslər baxımından fərqlənsə də, zəmanəmizin dühası Heydər Əliyevin xalqımıza, vətənə xidməti, Ulu öndərin hər iki mərhələdə qazandığı böyük uğurlar baxımından oxşardır".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Iyun 2026