Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi vəzifəsi ilə bağlı yaxın vaxtlarda qərarın veriləcəyi iddia olunur.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov hazırda Təlim və Tədris Mərkəzinin rəisi vəzifəsini müvəqqəti icra edən şəxs kimi fəaliyyət göstərir.
Məlumata əsasən, yaxın günlərdə onun sözügedən vəzifəyə rəsmən təsdiqlənməsi ilə bağlı qərar verilə bilər.
Qeyd edək ki, Nizami Mövlanov Vətən müharibəsində göstərdiyi igidliyə görə "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb.
O, müxtəlif illərdə Azərbaycan Ordusunda mühüm komanda və rəhbər vəzifələrində xidmət edib, həmçinin Heydər Əliyev adına Hərbi İnstitutun rəis müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, son aylarda Nizami Mövlanov ictimaiyyətə Təlim və Tədris Mərkəzinin rəisi kimi təqdim olunur və Müdafiə Nazirliyinin tədbirlərində bu statusla iştirak edir.
Qeyd edək ki, Nizami Mövlanov Vətən müharibəsində nümayiş etdirdiyi igidlik, qətiyyətli komandirlik bacarığı və peşəkarlığı ilə Azərbaycan hərb tarixində xüsusi yer tutan zabitlərdən biri kimi tanınır.
Onun rəhbərlik etdiyi kollektivdə intizamın, döyüş hazırlığının və müasir hərbi təhsil prinsiplərinin daha da möhkəmlənəcəyinə dair gözləntilər yüksəkdir.
Nəzrin Mübariz
Bakı 



