İran parlamenti ölkənin Hörmüz boğazına nəzarətdən əldə etdiyi gəliri 10-15 milyard dollar olaraq qiymətləndirib.
Bakıvaxtı.az xəbər verir ki, İSNA bu barədə qanunverici orqanın rəyasət heyətinin üzvünə istinadən məlumat yayıb.
Bildirilib ki, İranın Hörmüz boğazında suverenliyinin gücləndirilməsi milli valyuta olan rialın möhkəmləndirilməsinə yönəldilməlidir. "Tehran "maneələr yaratmaq və şantajla məşğul olmaq" əvəzinə, boğazda tənzimləyici olmağa çalışır", - deyə parlamentdə qeyd edilib.
Bakı 




