• Bakı 24° C

    6.38 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

“On ildir, hər gün pis mesajlar alıram”

ŞOU

16 Aprel 2026 | 20:45 | Müəllif: Subhan Mahmudov

“On ildir, hər gün pis mesajlar alıram”

Şahzadə Harrinin həyat yoldaşı, Sasseks hersoginyası Meqan Markl özünü dünyanın ən çox təhqir olunan insanı adlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda “Daily Mail” məlumat yayıb.

Belə ki, aprelin 16-da Meqhan Markl və əri, Avstraliyada Svinberna Texnologiya Universitetində tələbələrlə görüşüb.

Onlar sosial medianın psixi sağlamlıq üçün təhlükələri haqqında danışıb.

Cütlük onlayn zorakılığın bütün qurbanlarını səbirli olmağa çağırıb.

“On ildir, on ildir ki, hər gün mən pis mesajlar alıram. Və mən dünyanın ən çox təhqir olunan insanı idim. Amma hələ də buradayam”, - Meqan bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026