Azərbaycanda yaxın günlərdə vətəndaşları 3 gün ardıcıl istirahət gözləyir.
Bakıvaxtı.az-ın xəbərinə görə, belə ki, 9 may – Faşizm üzərində Qələbə Günü bu il şənbə gününə təsadüf edir. Mövcud qanunvericiliyə əsasən, bayram günü həftəsonuna düşdüyü halda növbəti iş günü qeyri-iş günü elan olunur.
Bu səbəbdən, 9 may (şənbə) və 10 may (bazar) günlərinə əlavə olaraq, 11 may tarixi də qeyri-iş günü olacaq.
Nəticədə ölkədə 3 gün – 9, 10 və 11 may tarixlərində rəsmi iş olmayacaq və vətəndaşlar ardıcıl istirahət edəcəklər.
Bakı 




