q
  • Bakı 15° C

    9.56 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.318

Bu ərazilərdə işıq olmayacaq

CƏMİYYƏT

16 May 2026 | 21:46

Bu ərazilərdə işıq olmayacaq

Mayın 17-də Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 110/35/6 kV-luq "ETK-4" yarımstansiyasında ikinci Paylayıcı Qurğuda (PQ) yenidənqurma və təmir-təftiş işləri aparılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar saat 01:00-dan 04:00-dək Binəqədi kəndi və ətrafında yerləşən yeni yaşayış massivləri, Biləcəri qəsəbəsi Məmədoğlular, M.Aslanov, 10 May küçələri, eləcə də DSK yolu adlanan ərazinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


SON XƏBƏRLƏR

15 May 2026