• Bakı 21° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Naxçıvan reysində qorxulu anlar: Qadın qapını açmaq istədi...

CƏMİYYƏT

15 Iyun 2026 | 20:03

Naxçıvan reysində qorxulu anlar: Qadın qapını açmaq istədi...

Moskvadan Naxçıvana uçan "Utair" təyyarəsinin sərnişini 11 min metr hündürlükdə təyyarənin qapısını tualetlə səhv salaraq açmağa cəhd edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın "Baza" Teleqram kanalı məlumat yayıb.

"Xəzər dənizi üzərində uçuş zamanı sərnişinlərdən biri qəfildən təyyarənin xidmət qapısını açmağa başlayıb. Təyyarədə həyəcan siqnalı səslənib. Uçuş bələdçiləri qadını dayandıra biliblər.

Sonradan məlum olub ki, qadın tualeti axtarırmış, səhv qapıya yaxınlaşıb və az qala onu açırmış. Təyyarə təyinat yerinə çatmayıb, amma başqa səbəbə görə. Naxçıvan hava limanı pis hava şəraitinə görə bağlanıb, təyyarə Gəncəyə yönləndirilib", - məlumatda qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Iyun 2026