• Bakı 26° C

    13.83 m/s

  • USD - 1.7

    EUR - 1.9365

    RUB - 2.2157

Ülkər İsmayılovaya vəzifə verildi - FOTO

CƏMİYYƏT

15 Iyul 2026 | 19:00

Ülkər İsmayılovaya vəzifə verildi - FOTO

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun sərəncamı ilə icra başçısının müavini - Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.

Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir ki, sərəncama əsasən, Ülkər Şakur qızı İsmayılova icra başçısının müavini, Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib. O, artıq kollektivə təqdim olunub.

Qeyd edək ki, Ülkər İsmayılova bu təyinata qədər Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Girdəni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb. O, həmçinin uzun illər Lənkəran Şəhər İcra Hakimiyyətinin aparatında dövlət qulluğu sahəsində fəaliyyət göstərərək bu istiqamətdə zəngin təcrübə qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR