• Bakı 27° C

    15.42 m/s

  • USD - 1.7

    EUR - 1.9365

    RUB - 2.2157

Anomal istilər qapımızdadır? – Təkcə biz yox, iqtisadiyyat da zərər görür

CƏMİYYƏT

15 Iyul 2026 | 15:59

Anomal istilər qapımızdadır? – Təkcə biz yox, iqtisadiyyat da zərər görür

Avropada anomal istilər davam etməkdədir. Statistikaya görə, iyunun sonunda Avropanı bürüyən rekord dərəcəli istilər nəticəsində 10 mindən çox insan ölüb.

Bəs anomal istilər nədən yaranır? Hansı təhlükələri var? Anomal istilərdən necə qorunmaq olar?

Bakıvaxtı.az-ın bu və digər suallarını cavablandıran ekoloq Sevil Yüzbaşayeva bildirib ki, ekstremal hava şəraitinə normal şəraitdən kəskin şəkildə fərqlənən və tez-tez qeyri-adi intensivliklə baş verən şəraitlər aid edilir. Bu hadisələrə daşqınlara səbəb olan güclü yağışlar, qızmar isti dalğaları, şiddətli fırtınalar, qəfil daşqınlar, uzunmüddətli quraqlıqlar, dolu fırtınaları və hətta adətən isti bölgələrdə qar yağışı daxildir. İqlim dəyişikliyi sürətləndikcə, bu cür hadisələr daha tez-tez və ciddi hala gəlir, icmalar və ekosistemlər üçün ciddi risklər yaradır:

“Anomal istilik dalğası, hava temperaturunun müəyyən bir bölgə üçün iqlim normasından 6-7°C və ya daha çox əhəmiyyətli dərəcədə yüksək olduğu uzun bir dövrdür və bu adətən bir neçə gün davam edir. Bu Anomal İstilik dalğası fenomeni tez-tez yüksək rütubət və güclü ultrabənövşəyi şüalanma ilə müşayiət olunur. İstilik dalğası bir neçə gün davam etdikdə yüksək temperatur olan dövrüdür” deyən ekoloq qeyd edib ki, iİstilik dalğalarının universal tərifi yoxdur. Onları müəyyən bir yer üçün orta temperaturlarla müqayisə etməklə, ən yaxşı şəkildə təyin etmək olar. Yüksək təzyiq zonaları külək və buludların hərəkətinə maneə törədir. Təzyiq altında olan hava aşağı enir, sıxılır və əhəmiyyətli dərəcədə isinir, buludların olmaması isə günəşin yer səthini davamlı olaraq qızdırmasına imkan verir.

Müsahibimiz bildirib ki, Anomal İstilik dalğası Qlobal iqlim dəyişikliyi səbəbindən baş verir. Belə ki, atmosferdə istixana qazı konsentrasiyalarının artması səbəbindən planetin baza temperaturu yüksəlir. Bu, istilik dalğalarının daha tez-tez baş verməsinə, daha uzun müddət davam etməsinə və intensivləşməsinə səbəb olur. Dediyinə görə, anomal İstilik dalğaları ən çox yayda, ilin ən isti dövründə baş verir:

“Yayın əvvəlində baş verən istilik dalğaları adətən daha təhlükəlidir. Çünki insanlar hələ də daha yüksək yay temperaturlarına uyğunlaşmaq, adaptasiya olmaq şansına malik deyillər. İnsanlara özlərini qorumaq üçün gündüz temperaturunun maksimum neçə dərəcə olması barədə məlumatlar verilsə də, isti gecə temperaturu gündüzdən xüsusilə təhlükəli olması barədə verilmir. Ancaq temperatur fərqi barədə məlumatlar verilir. Hər kəs bilməlidir ki, gecələr olan istilik insan üçün, onun sağlamlığı üçün daha təhlükəlidir”.

S.Yüzbaşayeva qeyd edib ki, anormal istiliyin yaratdığı təhlükələr barədə insanlar məlumatlı olmalıdırlar. Bu zaman insan bədəninin həddindən artıq istiləşməsi onun termorequlyasiya mexanizmlərini sıradan çıxır və bu  zaman təhlükəli vəziyyət yaranır. Bədən nəmi bərpa edə biləcəyindən daha tez itirir:

“Bu, başgicəllənmə, ürəkbulanma və ürək döyüntüsünün artması ilə müşayiət olunur. Ürək-damar və tənəffüs sistemlərinə artan stress hipertonik böhranlara, insultlara və infarktlara səbəb ola bilər. Anomal  İstilik dalğaları hər kəsə təsir edə bilər. Lakin ən çox risk altında olanlar arasında ürək, ağciyər və ya böyrək xəstəlikləri olanlardır ki, bunlara yaşlılar, evsiz insanlar, məhdud hərəkətlilik və ya əqli sağlamlıq problemləri olan xəstə insanlar, körpələr və eləcə də sosial təcrid olunmuş insanlardır”.

Anomal istilərdən qorunmağın qollarından da danışan həmsöhbətimiz bildirib ki, qlobal temperatur artdıqca istilik dalğaları daha çox qızır və istiləşir, eləcə də uzunmüddətli olur. Belə hallar baş verdikdə insanlar daha çox istirahət etməklə, təmiz su içməklə, kölgə axtarmaqla və ailələrini, dostlarını və qonşularını ziyarət etməklə özlərini istilik dalğalarından qoruya bilərlər. Onlar həmçinin istilik stressini azaltmaq üçün bir sıra fəaliyyətlərlə də məşğul ola bilərlər:

“Bura ev kondisioneri kimi aktiv soyutma və ya günəşi əks etdirmək üçün damları ağ rəngə boyamaq, ağac əkmək və ya kölgə yaratmaq üçün ağac örtüyünü artırmaq kimi passiv soyutma hərəkətləri də daxil ola bilər. Suya yaxşı çıxış da vacibdir və ödəniş etmədikdə suyun kəsilməsinin qarşısı da alınmalıdır”.

Sevil Yüzbaşıyeva: Qlobal temperatur artdıqca istilik dalğaları daha çox qızır və istiləşir, eləcə də uzunmüddətli olur.

Dediyinə görə, böyük şəhərlərdəki asfalt, beton və binalar gündüz günəş istiliyini aktiv şəkildə udur və gecə yavaş-yavaş buraxır, bu da şəhərlərdə temperaturun şəhərətrafı ərazilərə nisbətən sabit şəkildə yüksək olmasına səbəb olur. Şəhərlərdə olan tikililər xüsusən sıx tikilmiş hündür binalar gündüzlər istiliyi udur və gecələr yenidən şüalandırırlar ki, bu da şəhər istilik adası effekti adlanır. Onun fikrincə, bu, onsuz da yüksək hava temperaturunu digər yerlərdən məsələn  kənd yerlərində olduğundan daha da yüksək səviyyəyə qaldıra bilər. Həddindən artıq istilik hadisələri zamanı hətda dəmir yolu xətləri, səhiyyə xidmətləri və elektrik şəbəkələri də daxil olmaqla vacib infrastrukturlar da sıradan çıxa bilər.

Bəs anomal istilərin insan tələfatından başqa, başqa hansı fəsadları olur? Ekoloq vu sualın cavabında bildirib ki, Anomal İstilik dalğaları insan tələfatından başqa, infrastrukturu məhv edir, iqtisadiyyatı pozur və ekosistemlərə ciddi ziyan vurur: “Kondisionerlərin kütləvi şəkildə aktiv istifadəsi elektrik kəsintilərinə səbəb olur. Həddindən artıq yüksək temperatur, xüsusən də açıq havada işləyən işçilərin iş səmərəliliyini azaldır. Yol səthi, asfalt örtüyü yumşalır, çökəkliklər və zədələnmələr əmələ gəlir. Dəmir yolu relsləri əyilir sərnişindaşımada fasilələr yaranır. Eləcə də isti hava təyyarələrin qaldırma qüvvəsini azaldır və bu da uçuşların ləğv olunmasına səbəb olur. Kənd təsərrüfatı və resurslara da təsir edir. Quraqlıq və istilər məhsulları yandırır, nəticədə ərzaq böhranına səbəb olur. Heyvanlar istilik stressindən və yem çatışmazlığından ölür. Su anbarları quruyur, buna görə də su istehlakına məhdudiyyətlər tətbiq olunur. Ətraf mühitdə tez-tez yanğınlar baş verir. Quru bitki örtüyü adi bir qığılcımdan dərhal alovlanır, yanğınlar baş verir, meşələri və bütün yaşayış məntəqələrini məhv edir. Su anbarları quruyur, balıqlar, quşlar və meşə heyvanları məhv olur”.

Müsahibimiz ölkəmizdə də anomal istilərin gözlənildiyini vurğulayıb: Deyub ki, Azərbaycanda iyul ayı ərzində havanın temperaturunun iqlim normasından 1-2 dərəcə yüksək olacağı, ayın bəzi günlərində isə anomal isti hava dalğalarının təsiri ilə havanın temperaturunun 36-40 dərəcəyə, Aran rayonlarında isə 42 dərəcəyədək yüksələcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yay aylarında qlobal iqlim dəyişiklikləri fonunda isti hava dalğalarının təsiri müşahidə olunur.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR