Azərbaycan Mərkəzi Bankı bəzi media orqanlarında Azər Novruzovun təyinatı ilə bağlı yayılan xəbərlərdə texniki yanlışlığa aydınlıq gətirib.
Bakıvaxtı.az xəbər verir ki, qurumun yaydığı məlumata görə, Azər Novruzov Risklərin idarə edilməsi departamentinin Strateji və əməliyyat risklərinin idarə edilməsi şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Mərkəzi Bank bildirib ki, bəzi xəbərlərdə vəzifənin adı yanlış təqdim edilib. Qeyd olunub ki, qurumun strukturunda bu istiqamət üzrə idarə deyil, şöbə fəaliyyət göstərir.
Bununla əlaqədar Mərkəzi Bank media nümayəndələrinə müraciət edib.
Əli Hüseynov
Bakı 



