• Bakı 27° C

    15.42 m/s

  • USD - 1.7

    EUR - 1.9365

    RUB - 2.2157

İxrac edilən neftimizdən nə qədər qazandıq? - CƏDVƏL

İQTİSADİYYAT

15 Iyul 2026 | 15:47

İxrac edilən neftimizdən nə qədər qazandıq? - CƏDVƏL

Bu ilin yanvar-iyun aylarında Azərbaycan İtaliyaya 3 495 238,67 min ABŞ dolları dəyərində 5 915 025,73 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Bakıvaxtı.az-ın Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında (dəyərinə görə - red.) ikinci yerdə Çexiya qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 497 377,57 min dollar dəyərində 705 791,25 ton neft ixrac edilib.

    Azərbaycanın neft ixracı üzrə siyahıda (dəyərinə görə) üçüncü yerə Bolqarıstan tutur. Yanvar-iyun aylarında bu ölkəyə 253 113,5 min dollar 358 842,99 ton neft ixrac edilib.

    Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 10-dan çox ölkəyə 6 231 422,24 min dollarlıq 10 125 467,17 ton neft ixrac edib.

    Bakıvaxtı.az Azərbaycanın bu ilin yanvar-iyun aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin dəyərinə görə) təqdim edir:

     

     

    Ölkələr

     

    Statistik dəyər (min ABŞ dolları)

     

    Miqdar (ton)

    -

    Cəmi

    6 231 422.24

    10 125 467.17

    1

    İtaliya

    3 495 238.67

    5 915 025.73

    2

    Çexiya

    497 377.57

    705 791.25

    3

    Bolqarıstan

    253 113.50

    358 842.99

    4

    Rumıniya

    247 844.98

    461 317.25

    5

    Hindistan

    247 366.97

    320 497.27

    6

    Portuqaliya

    221 958.01

    395 031.62

    7

    Almaniya

    210 855.82

    360 299.00

    8

    Tunis

    187 605.08

    307 167.03

    9

    Yunanıstan

    182 764.51

    284 374.74

    10

    Xorvatiya

    162 720.43

    276 342.95

    11

    Digərləri

    524 576.70

    740 777.35


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    14 Iyul 2026