• Bakı 26° C

    14.46 m/s

  • USD - 1.7

    EUR - 1.9365

    RUB - 2.2157

Bayramov Lavrovla görüşəcək

SİYASƏT

15 Iyul 2026 | 17:00

Bayramov Lavrovla görüşəcək

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-17-də Moskvada rəsmi səfərdə olacaq.

Zaxarova Azərbaycan XİN başçısı ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında danışıqların keçiriləcəyini söyləyib.

Bildirib ki, danışıqlarda Rusiya-Azərbaycan ikitərəfli münasibətləri, regional və beynəlxalq gündəmdə duran aktual məsələlər müzakirə olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR