• Bakı 27° C

    15.42 m/s

  • USD - 1.7

    EUR - 1.9365

    RUB - 2.2157

Azərbaycanın xarici ticarət dövriyyəsi artıb

CƏMİYYƏT

15 Iyul 2026 | 15:08

Azərbaycanın xarici ticarət dövriyyəsi artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 24 milyard 661.35 milyon ABŞ dolları təşkil edib.

Bakıvaxtı.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici illik müqayisədə 1,07% artıb.

Bu dövr üzrə ixracın həcmi 16 milyard 320.24 milyon dollar, idxalın həcmi isə 8 milyard 341.11 milyon dollara bərabər olub.

Hesabat dövründə xarici ticarətin müsbət saldosu isə 7 milyard 979.13 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 5,9 dəfə çoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Iyul 2026