• Bakı 29° C

    13.68 m/s

  • USD - 1.7

    EUR - 1.9365

    RUB - 2.2157

Gəncədə zəhərlənən şəxslərin DURUMU

CƏMİYYƏT

15 Iyul 2026 | 09:02

Gəncədə zəhərlənən şəxslərin DURUMU

Gəncədə 2-si azyaşlı olmaqla 5 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, 14 iyul 2026-cı il tarixində saat 17:50 radələrindən başlayaraq 5 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına Xəstəxanaya və Uşaq Xəstəxanasına hospitalizasiya olunub.

Bildirilib ki, zəhərlənmə şübhəsi ilə tibb müəssisələrinə qəbul edilən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib.

Hazırda onların müalicəsi davam etdirilir. Həkimlərin müşahidəsi altında olan şəxslərdən 4-nün vəziyyəti stabil, 1 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Iyul 2026