• Bakı 26° C

    10.96 m/s

  • USD - 1.7

    EUR - 1.9387

    RUB - 2.2134

Deşam dünya çempionatlarında ən çox oyun keçirən baş məşqçi olub

İDMAN

15 Iyul 2026 | 00:30

Deşam dünya çempionatlarında ən çox oyun keçirən baş məşqçi olub

Fransa millisinin baş məşqçisi Didye Deşam futbol üzrə dünya çempionatları tarixində ən çox oyun keçirən mütəxəssis olub.

Bakıvaxtı.az xəbər verir ki, bu rekord İspaniya millisinə qarşı yarımfinal görüşündə rəsmiləşib.

Həmin qarşılaşma Deşam üçün dünya çempionatlarında baş məşqçi qismində 26-cı oyun olub.

Beləliklə, 57 yaşlı mütəxəssis bu göstəricidə Almaniya millisinin sabiq çalışdırıcısı Helmut Şönü geridə qoyub.

Didye Deşam 2012-ci ildən Fransa millisini çalışdırır. Onun rəhbərliyi altında komanda 2018-ci ildə dünya çempionu, 2022-ci ildə UEFA Millətlər Liqasının qalibi olub. Fransa yığması, həmçinin 2016-cı il Avropa çempionatının və 2022-ci il dünya çempionatının gümüş mükafatçısı adını qazanıb.

Hazırda dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. Turnir iyulun 19-da başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Iyul 2026