• Bakı 28° C

    5.23 m/s

Azərbaycanın gənc robototexnika komandası Çində qızıl medal qazanıb - FOTOLAR

İDMAN

13 Avqust 2026 | 19:39

Azərbaycanın gənc robototexnika komandası Çində qızıl medal qazanıb - FOTOLAR

Azərbaycanın gənc robototexnika istedadları beynəlxalq arenada növbəti uğura imza atıblar.

Bakıvaxtı.az xəbər verir ki, Gənclər və idman naziri Fərid Qayıbovun keçirdiyi görüşdə beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil edən gənclər iştirak ediblər.

Görüşdə iştirak edən SUMbuilders komandası Çində keçirilən nüfuzlu RobotChallenge beynəlxalq yarışında qızıl medal qazanaraq dünyanın ən güclü 10 komandası sırasına daxil olub.

Qeyd edək ki, RobotChallenge robototexnika və texnologiya sahəsində istedadlı gəncləri bir araya gətirən beynəlxalq yarış platformalarından biridir. Yarış iştirakçılardan robotların hazırlanması və proqramlaşdırılması ilə yanaşı, mühəndislik, problem həlli, yaradıcılıq və komanda işi bacarıqları tələb edir.

SUMbuilders komandası Azərbaycanda robototexnika, proqramlaşdırma, mühəndislik və STEAM istiqamətlərində fəaliyyət göstərir və gəncləri beynəlxalq yarışlara hazırlayır.

2026-cı ildə keçirilən RobotChallenge Azerbaijan yarışında SUMbuilders komandaları 6 qızıl medal qazanaraq Çində keçirilən beynəlxalq çempionatda Azərbaycanı təmsil etmək hüququ əldə edib.

Komandanın Çində qazandığı nəticə Azərbaycanın gənc istedadlarının beynəlxalq texnologiya arenasında da uğur qazana bildiyini göstərir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR