• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Amaliya Pənahovanın qılıncı satışa çıxarıldı - FOTO

CƏMİYYƏT

13 Avqust 2026 | 15:48 | Müəllif: Qalib İbrahimoğlu

Amaliya Pənahovanın qılıncı satışa çıxarıldı - FOTO

Mərhum xalq artisti, millət vəkili Amaliya Pənahovaya aid qılınc Türkiyədə satışa çıxarılıb.

Bakıvaxtı.az-ın Teleqraf-a istinadən xəbərinə görə, tanınmış aktrisanın 1993-cü ildə Türkiyədə bir quruma və ya şəxsə hədiyyə etdiyi qılınc auksion saytlarının birində yer alıb.

Hədiyyə qılıncın üzərində yazılıb: “Türkiyə Cümhuriyyətinin yaranmasının 70 illiyi şərəfinə! Bakı Bələdiyyə Teatrından. Amaliya Əliş qızı Pənahova. 29.10.1993”.

Xatırladaq ki, Amaliya Pənahova 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb, bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib.

Xalq artisti 2018-ci ildə vəfat edib.


Amaliya Pənahovanın qılıncı satışa çıxarıldı - FOTOAmaliya Pənahovanın qılıncı satışa çıxarıldı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR