• Bakı 29° C

    6.04 m/s

Tanışını salonda öldürmək istədi, tutuldu

HADİSƏ

13 Avqust 2026 | 15:47

Tanışını salonda öldürmək istədi, tutuldu

Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən Samir Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, təqsirləndirilən şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Hadisə ötən ilin noyabr ayında baş verib. İttihama görə, Samir Həsənov tanışı Cahan Çələbiyeva ilə aralarında yaranmış mübahisəyə görə onu döyərək, müxtəlif bədən xəsarətləri yetirib. C. Çələbiyeva bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. S. Həsənov saxlanılıb.

    Daha sonra S.Həsənov qisas almaq məqsədi ilə 2025-ci ilin 7 noyabr tarixində C.Çələbiyevanın lazeroloq kimi çalışdığı Nizami rayonu, Qara Qarayev prospektində yerləşən gözəllik salonuna gələrək, kəsici-deşici alətlə ona müxtəlif xəsarətlər yetirib. Xəstəxanaya çatdırılan C. Çələbiyevanı xilas etmək mümkün olub.

    Təqsirləndirilən S.Həsənov Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    12 Avqust 2026