• Bakı 27° C

    15.42 m/s

  • USD - 1.7

    EUR - 1.9365

    RUB - 2.2157

Kosmetik məhsullar üçün gigiyenik sertifikat vacibdirmi?

CƏMİYYƏT

15 Iyul 2026 | 15:14

Kosmetik məhsullar üçün gigiyenik sertifikat vacibdirmi?

"Kosmetik məhsulların birbaşa dəri ilə təmasda olması onların təhlükəsizlik baxımından ciddi nəzarətdə saxlanılmasını zəruri edir".

Bakıvaxtı.az xəbər verir ki, bunu  Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzinin Sanitariya-Gigiyena nəzarəti və ekspertiza şöbəsinin həkim-gigiyenisti Orxan İsmayılov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, sanitar nəzarətinə aid olan kosmetik məhsullar mütləq gigiyenik sertifikatlaşdırmadan keçirilməlidir.

Mütəxəssis qeyd edib ki, kosmetik məhsullar gündəlik və ya uzun müddət istifadə olunur, birbaşa dəri səthinə tətbiq edilir:

"Buna görə də onların insan sağlamlığı üçün təhlükəsiz olması vacibdir. Məhsulların təhlükəsizlik göstəriciləri qiymətləndirilməli və bu tələblərə cavab verməsi təsdiqlənməlidir”

Orxan İsmayılov vurğulayıb ki, kosmetik məhsulların dəri ilə birbaşa təmasda olması gigiyenik sertifikatın alınmasını zəruri edən əsas amillərdən biridir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Iyul 2026