• Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Şəhidlərin xatirəsi Astanada anılıb

    SİYASƏT

    25 Sentyabr 2026 | 13:32 | Müəllif: Əli Hüseynov

    Şəhidlərin xatirəsi Astanada anılıb

    Azərbaycanın Astana şəhərindəki səfirliyində 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib.

    Bakıvaxtı.az xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları, Türkiyənin Qazaxıstandakı səfiri Mustafa Kapucu və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

    Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərin, eləcə də sentyabrın 24-də Xəzər dənizində baş verən faciə nəticəsində həlak olan Qazaxıstan hərbi qulluqçularının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Səfir Əlimirzamin Əskərov 27 Sentyabr - Anım Gününün əhəmiyyətindən danışıb, bu tarixin Azərbaycan xalqının yaddaşında xüsusi yer tutduğunu vurğulayıb.

    Türkiyənin Qazaxıstandakı səfiri Mustafa Kapucu Anım Günü ilə bağlı fikirlərini bölüşüb. “Azərbaycanlı qardaşlarımızın itkisi ilə bağlı başsağlığı veririk. Ümid edirik ki, qardaş ölkələr olaraq belə günləri bir daha yaşamayacağıq”, - deyə səfir bildirib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    18 Noyabr 2026