• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bir çox xəstəliyinizin dərmanıdır

CƏMİYYƏT

25 Sentyabr 2026 | 17:48 | Müəllif: Əli Hüseynov

Bir çox xəstəliyinizin dərmanıdır

Zəncəfil həm ədviyyat, həm də təbii müalicə vasitəsi kimi uzun illərdir istifadə olunur. Tərkibindəki antioksidant və iltihabəleyhinə maddələr sayəsində orqanizm üçün bir çox faydası var.

Bakıvaxtı.az xəbər verir ki, mütəxəssislər bundan miqdarında istifadə etməyi məsləhət görür.

Həzm sistemini yaxşılaşdırır - Mədə köpü, həzmsizlik və ürəkbulanmanı azaltmağa kömək edir.

Soyuqdəymə və qripdə faydalıdır - Boğaz ağrısını yumşalda, bədəni isitmə təsiri göstərə bilər.

İmmuniteti gücləndirir - Antioksidant tərkibi sayəsində orqanizmin müdafiə sistemini dəstəkləyir.

İltihabı azaldır - Oynaq və əzələ ağrılarının yüngülləşməsinə kömək edə bilər.

Qan dövranını dəstəkləyir - Bəzi araşdırmalara görə qan dövranının yaxşılaşmasına müsbət təsir göstərə bilər.

Aybaşı ağrılarını azalda bilər - Bəzi qadınlarda menstrual sancıların yüngülləşməsinə kömək etdiyi müşahidə olunub.

Diqqət edilməli məqamlar

Zəncəfil hər kəs üçün uyğun olmaya bilər. Xüsusilə qan durulaşdırıcı dərman qəbul edənlər, mədə problemi olanlar və hamilələr istifadədən əvvəl həkimlə məsləhətləşməlidirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026