• Bakı 26° C

    10.96 m/s

  • USD - 1.7

    EUR - 1.9387

    RUB - 2.2134

"Fənərbaxça" Qrinvudu transfer etdi 

İDMAN

15 Iyul 2026 | 01:02

Fənərbaxça Qrinvudu transfer etdi 

Türkiyənin "Fənərbaxça" klubu ingiltərəli hücumçu Meyson Qrinvudu heyətinə qatıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Son olaraq Fransanın "Marsel" klubunda forma geyinən 24 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb.

Bu keçid Superliqa təmsilçisinə 39 milyona avroya başa gəlib. Komanda bu məbləği 3 il ərzində "Marsel" kollektivinə ödəyəcək.

Qrinvud karyerası ərzində "Marsel"dən başqa ölkəsində "Mançester Yunayted" və İspaniyada "Xetafe" klublarında çıxış edib.

Qeyd edək ki, bu, "Fənərbaxça"nın tarixinə ən bahalı transfer kimi düşüb. "Sarı-lacıvərdlilər"in daha əvvəlki ən bahalı transferi 28 milyon avro qarşılığında heyətə cəlb olunan fransalı yarımmüdafiəçi Matteo Genduzi olmuşdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Iyul 2026