• Bakı 16° C

    1.41 m/s

Gənc ədiblər üçün dörd atelye yaradılır

CƏMİYYƏT

19 Oktyabr 2026 | 11:23 | Müəllif: Qalib İbrahimoğlu

Gənc ədiblər üçün dörd atelye yaradılır

"Azərbaycanda gənc ədiblər üçün dörd istiqamət üzrə atelye fəaliyyətə başlayacaq".

Bakıvaxtı.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat şöbəsinin müdiri Vasif Qurbanzadə bildirib. 

Onun sözlərinə görə, Azərbaycanda gənc ədiblərin yetişdirilməsi məqsədilə nəsr, dramaturgiya, klassik poeziya və müasir poeziya istiqamətləri üzrə dörd atelye fəaliyyətə başlayacaq.

Layihənin əsas məqsədi gənc yazarların inkişafına dəstək göstərmək və onların ədəbi bacarıqlarının formalaşmasına şərait yaratmaqdır.

Məsələ ilə bağlı məlumatın kitab sərgisi çərçivəsində verildiyi, tədbirlər boyunca təşəbbüsün detalları barədə əlavə açıqlamaların təqdim olunmasının mümkün olduğu bildirilib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR