• Bakı 17° C

    7.16 m/s

"Qalatasaray"da erkən vida: 3-ü gedir

İDMAN

19 Oktyabr 2026 | 12:07 | Müəllif: Qalib İbrahimoğlu

"Qalatasaray"da erkən vida: 3-ü gedir

“Qalatasaray” mövsümün ortasındakı transfer pəncərəsi zamanı heyətini yenidən nəzərdən keçirməyə hazırlaşır.

Bakıvaxtı.az Türkiyə mediasına istinadla xəbər verir kİ, “sarı-qırmızılar” illik maaşları təxminən 20 milyon avro olan üç oyunçusu ilə yollarını ayırmaq qərarına gəlib.

Məlumata görə, Okan Buruk Leroy Sane və İlkay Gündoğanın oyunundan məmnun deyil. Hər iki oyunçunun “Gənclərbirliyi” matçında Okan Buruk tərəfindən sınaqdan keçirildiyi, lakin gözləntiləri doğrultmadıqları bildirilir.

Kaan Ayhan da Okan Buruk tərəfindən seçilmir.

“Sarı-qırmızılar” bu üç oyunçuya ümumilikdə 19,5 milyon avro ödəyir.

Verilən məlumata görə, "Qalatasaray" rəhbərliyi Okan Burukun hesabatına əsasən yanvar ayında vəziyyətin qiymətləndirilməsini aparacaq. Mövsümün sonuna qədər İlkay ilə yollarını ayırmaq mümkündür. Digər iki oyunçu üçün təkliflər də qiymətləndiriləcək. Sane üçün transfer haqqı gözləntisi var, amma Kaan üçün yox.

10 matçda oynayan Leroy Sane qol və ya məhsuldar ötürmə ilə töhfə verməyib. Alman ulduzun illik maaşı 12 milyon avrodur.

Bu mövsüm 3 matçda iştirak edən İlkay Gündoğan hesaba töhfə verməyib. Türk-alman futbolçunun maaşı 5 milyon avrodur.

Okan Buruk tərəfindən yalnız bir matça seçilən Kaan Ayhanın illik maaşı 2,5 milyon avrodur.

Murad Məmmədli


"Qalatasaray"da erkən vida: 3-ü gedir"Qalatasaray"da erkən vida: 3-ü gedir"Qalatasaray"da erkən vida: 3-ü gedir"Qalatasaray"da erkən vida: 3-ü gedir"Qalatasaray"da erkən vida: 3-ü gedir
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026