Azərbaycan vətəndaşı Qazaxıstanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.
Bakıvaxtı.az apa-ya istinadən xəbər veri ki, Ucar rayon sakini, 1994-cü il təvəllüdlü Sadiq Niyaz oğlu Abdullayev Qazaxıstanda baş verən yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən vəfat edib.
Həmyerlimizin nəşi doğulduğu Ucar rayonuna gətirilərək dəfn olunub.
Faktla bağlı əlavə məlumat verilməyib.
Bakı 



