• Bakı 27° C

    15.42 m/s

  • USD - 1.7

    EUR - 1.9365

    RUB - 2.2157

Uşaqlar üçün kosmetik vasitələrlə bağlı XƏBƏRDARLIQ

CƏMİYYƏT

15 Iyul 2026 | 15:34

Uşaqlar üçün kosmetik vasitələrlə bağlı XƏBƏRDARLIQ

"Uşaqlar üçün nəzərdə tutulan məhsulların təhlükəsizliyi ilə bağlı xüsusi tələblər mövcuddur və onların tərkibi ciddi şəkildə yoxlanılmalıdır".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzinin Sanitariya-Gigiyena nəzarəti və ekspertiza şöbəsinin həkim-gigiyenisti Orxan İsmayılov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, uşaqların dərisi daha həssas olduğu üçün bu kateqoriyaya aid məhsullar daha ciddi təhlükəsizlik tələblərinə cavab verməlidir.

O.İsmayılov qeyd edib ki, ilk növbədə məhsulun kimyəvi tərkibinə diqqət yetirilməlidir. Ağır metallar, qadağan olunmuş maddələr və parabenlər uşaq məhsullarının tərkibində olmamalıdır:

"Mikrobioloji göstəricilər də ciddi şəkildə yoxlanılır və məhsulun tərkibində zərərli mikroorqanizmlər aşkar edilməməlidir”

Dediyinə görə, etiketdə məhsulun hansı yaş qrupu üçün nəzərdə tutulduğu, məsələn, 0–3 yaş və ya daha yuxarı yaş kateqoriyası mütləq göstərilməlidir:

"Bundan əlavə, məhsulun böyüklərin nəzarəti altında istifadə olunması ilə bağlı xəbərdarlıq qeydləri də etiket üzərində yer almalıdır”.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Iyul 2026