Yalovada jandarma qruplarının keçirdiyi əməliyyat zamanı Suriyadan Türkiyəyə qanunsuz yollarla gətirilən təxminən 500 qram əqrəb zəhəri aşkar edilib.
Bakıvaxtı.az türk mediasına istinadən xəbər verir ki, plastik şüşədə ələ keçirilən və analizlər nəticəsində əqrəb zəhəri olduğu təsdiqlənən maddənin bazar dəyərinin 5 milyon dollar olduğu təxmin edilir.
Zəhəri ölkəyə gətirərək müştəri axtaran Suriya vətəndaşları İ.A. və A.A. saxlanılıb. Kosmetika, əczaçılıq və elmi tədqiqatlarda istifadə edilən qiymətli maddə müsadirə olunub.
Faktla bağlı araşdırma aparılır.
Zeynəb Rzayeva
Bakı 




