• Bakı 28° C

    14.7 m/s

  • USD - 1.7

    EUR - 1.9365

    RUB - 2.2157

Nazir müavini: "Yaxın günlərdə təhsil sənədləri "myGov" portalında olacaq"

SİYASƏT

15 Iyul 2026 | 11:50

Nazir müavini: Yaxın günlərdə təhsil sənədləri myGov portalında olacaq

Yaxın günlərdə Azərbaycanda təhsil sənədləri "myGov" portalında olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli Bakıda keçirilən "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda dəyirmi masada bildirib.

Onun sözlərinə görə, Azərbaycanda bu ildən etibarən təhsil sənədlərinin elektron formatda verilməsi nəzərdə tutulur: "İlk elektron diplom artıq peşə təhsili üzrə vətəndaşlara təqdim olunub. Burada sistem elə qurulub ki, təhsil müəssisəsi şagirdlərin məlumatlarını emal edib imzalayan kimi sənəd dərhal formalaşır. Yaxın günlərdə bu elektron diplomlar, sertifikatlar və attestatlar eyni zamanda "myGov"portalında da əlçatan olacaq".

H.Həsənli qeyd edib ki, hazırda bütün təhsil pillələri üzrə qurulmuş elektron xidmətlər və informasiya sistemləri giriş imkanları baxımından "SİMA İmza", "myGov" və "SİMA-la giriş" sisteminə inteqrasiya edilib: "Eyni zamanda, nazirliyin göstərdiyi 60-dan çox elektron xidmət mərhələli şəkildə "myGov" platformasına köçürülür. İlkin mərhələdə daha çox istifadəçisi olan xidmətlərin keçirilməsi nəzərdə tutulur, hazırda platformaya cəmi 8 xidmət inteqrasiya olunsa da, onların illik istifadəçi sayının 400 minə yaxındır. Qalan xidmətlərin keçidində də geniş kütləni əhatə edən layihələrə üstünlük veriləcək və bu istiqamətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə davamlı olaraq birgə işlər həyata keçirilir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Iyul 2026