• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə müzakirələr aparıb

SİYASƏT

06 Oktyabr 2026 | 17:43 | Müəllif: Əli Hüseynov

Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə müzakirələr aparıb

Bu gün Baş naziri Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl Yəhya ilə görüşüb.

Bakıvaxtı.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanın Təşkilata üzvlüyünün ölkənin rəqəmsal transformasiya gündəliyinin həyata keçirilməsi və müvafiq sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Azərbaycanda rəqəmsal transformasiyanın dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu bildirilib, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə ardıcıl və sistemli tədbirlərin həyata keçirildiyi qeyd olunub.

Bu siyasətin praktiki nəticəsi olaraq rəqəmsal infrastrukturun inkişafı, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin gücləndirilməsi istiqamətlərində görülən işlər barədə məlumat verilib.

Görüşdə Azərbaycan və Təşkilat arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, müxtəlif istiqamətlərdə təcrübə mübadiləsinin və birgə təşəbbüslərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iştirak edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026