• Bakı 29° C

    13.68 m/s

  • USD - 1.7

    EUR - 1.9365

    RUB - 2.2157

UEFA reytinqindəki mövqeyimiz

İDMAN

15 Iyul 2026 | 10:14

UEFA reytinqindəki mövqeyimiz

“Sabah” UEFA Çempionlar Liqasındakı növbəti qələbəsi ilə Azərbaycanın UEFA reytinqindəki mövqeyinə növbəti töhfə verib.

Bakıvaxtı.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda səfərdə Uelsin TNS klubunu 2:1 hesabı ilə məğlub edib.

    Bu qələbə sayəsində Azərbaycanın UEFA ölkə reytinqinə daha 0,250 əmsal əlavə olunub. Bununla da ölkəmizin 2026/2027 mövsümü üçün topladığı əmsal 1,000-ə yüksəlib.

    Hazırda Azərbaycan 19,562 əmsalla UEFA reytinqində 26-cı pillədə qərarlaşıb. Ölkəmiz 27-ci sıradakı Bolqarıstanı (18,312) qabaqlayır, 25-ci yerdə isə İsrail (20,750) qərarlaşıb.

    Qeyd edək ki, Bakıdakı ilk görüşdə rəqibini 2:0 hesabı ilə məğlub edən “Sabah” iki oyunun nəticəsinə əsasən II təsnifat mərhələsinə yüksəlib. Azərbaycan çempionu növbəti raundda Finlandiyanın KuPS klubu ilə üz-üzə gələcək.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    14 Iyul 2026